Kanalda boğulan şəxsin meyiti tapıldı

kanalda-bogulan-sexsin-meyiti-tapildi
Oxunma sayı: 705


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ən yaxın xilasetmə məntəqəsindən 50 km aralıda suya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb. 

Yanvarın 11-də 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.

Onun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:39-da başa çatıb.

Murad Əhməd