Kanalda meyit tapıldı

kanalda-meyit-tapildi
Oxunma sayı: 1362

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, 20 dekabr 2012-ci il tarixində Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində Xanarxı kanalına düşən “VAZ” markalı minik avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Mövlan Xanməmməd oğlu Əlifxanovun axtarışları başa çatıb.

M.Əlifxanovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:38-də başa çatıb.