Kanaldan naməlum kişi meyiti tapıldı

kanaldan-namelum-kisi-meyiti-tapildi
Oxunma sayı: 1181

Bu gün Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
 
DİN mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, meyitin üzərində heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm, arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır.

Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri müəyyən edilməyib.