“Neftçi” bir neçə gün öncə Bakıya gətirdiyi köhnə-yeni futbolçusu Nikolas Kanaleslə münasibətlərini rəsmiləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, çilili forvardla mövsümün sonunadək müqavilə imzalanıb. Mərkəz hücumçusu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə “Neftçi”nin heyətində çıxış edib.
Son xəbərlər
Son Xəbərlər