Bakıda kanalizasiya quyusunda təmir işləri aparan “Azərsu” əməkdaşlarını maşın vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Xətai prospektində gecə saat 01 radələrində baş verib.
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə prospektdə kanalizasiya sistemini təmizləyən əməkdaşların saxladığı və “Azərsu”ya məxsus olan “MAN” markalı maşını vurub.
Nəticədə sürücü Z.Məmmədov və orada işləyən fəhlələr – 1960-cı il təvəllüdlü Rahəd Mənəfov, 1983-cü il təvəllüdlü Nurlan Qəhrəmanov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər