Kanalizasiyada intihar

kanalizasiyada-intihar
Oxunma sayı: 1825


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər intihar məqsədilə özünü çirkab suları axıdılan quyuya atıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş dərinliyi 4 metr olan quyuda köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:29-da başa çatıb.