Müğənni Ayan Babakişiyeva telekanalların ona qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, müğənni qadağaların sifarişlə qoyulduğunu qeyd edib:
“Mənə olan qadağa iki il əvvəl kiminsə pullu sifarişi ilə qoyulub. Həmin vaxtlarda instaqram səhifəmdə paylaşım edirdim ki, bir neçə saat sonra filan verilişdə olacam. Efirə bir saat qalmış mənə zəng edirdilər ki, "Verilişə gəlmə, dedilər olmaz". Həmin vəziyyət bu gün də davam edir. Elə kanallar da var ki, özüm-özümə qadağa qoymuşam ki, ora çıxmayacam. Mənə dəstək olan kanallarımız var, onların efirində görünürəm".
Müğənni Ayan uşağını böyütmək üçün kimlərdənsə dəstək aldığı barədə yayılan şayiələrə də aydınlıq gətirib:
“Uşağımın atası da, anası da mənəm...Heç kimin dəstəyinə, maddi yardımına ehtiyacım yoxdur. Övladımı özüm böyüdürəm. Lazımsız söz-söhbətlər eşitmək istəmirəm”.
Qeyd edək ki, axşam.az saytı müğənni Ayan Babakişiyevanın ATV, "Space" və ANS -in "qara siyahı"sına düşdüyünü yazmışdı.
Son xəbərlər
Son Xəbərlər