Kann kinofestivalı iyunda keçirilməyəcək.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə 73-cü beynəlxalq festivalın təşkilatçıları bildirib. Onların sözlərinə görə, festivalın keçirilməsi bu il üçün tamamilə ləğv edilməsə də, klassik formada baş tutmayacaq.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun yayın ortalarınadək bütün tədbirlərin və festivalların ləğv edildiyini açıqlamasından sonra Kann festivalının iyunun sonu, iyulun əvvəlində keçirilməsi təklif olunmuşdu. Təşkilatçılar isə bununla razılaşmayaraq digər mümkün variantları nəzərədn keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, festival 12-23 may tarixlərində keçirilməli idi.
Son xəbərlər
Son Xəbərlər