Kann kinofestivalı təxirə salındı

kann-kinofestivali-texire-salindi
Oxunma sayı: 811

Kann kinovestivalı Fransada koronavirusun yayılması səbəbindən may ayında baş tutmayacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

“Kann kinofestivalını təyin olunan tarixlərdə – 12 maydan 23-dək keçirmək mümkün olmayacaq”, - mətndə deyilir. Təşkilatçılar bildirib ki, hazırda bir neçə variant var, onlardan ən əsası tədbiri iyunun sonu – iyulun əvvəlində keçirmək ehtimalıdır.

Qeyd edək ki, indiyədək Fransada 10995 nəfər bu virusa yoluxub, 602 pasiyent sağalıb, 372 nəfər vəfat edib.