Rusiyalı model, aktrisa və teleaparıcı Viktoriya Bonyanın Kann Festivalındakı geyimi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, məşhur həmin fotoları instaqram hesabında paylaşıb.
Belə ki, 44 yaşlı Viktoriya Bonya qırmızı xalçaya yaşıl rəngli uzun libasda çıxıb.
İzləyicilər şərhlərdə onun paltarını tərəvəzlə müqayisə edərək bəyənmədiklərini bildiriblər.
“Dünən dəvəquşu tükləri var idi, bu gün isə kələm kimi ”, “Rəngli kələm”, “Bunlar kahı yarpaqlarıdır”, “Bu zarafatdır? Bu kələmdir?, - şərhlərdə qeyd olunub.