Kante “Real”a keçə bilər

kante-reala-kece-biler
Oxunma sayı: 1820

İngiltərənin “Çelsi” futbol klubunun yarımmüdafiəçisi N'Qolo Kante İspaniyanın “Real Madrid”inə keçə bilər. “Qafqazinfo” bildirir ki, bu barədə “As” xəbər verib.

Mənbənin məlumatına görə, madridlilər 29 yaşlı fransız üçün 79 milyon avro təklif etməyə hazırdı. İspaniya klubunun rəhbərliyi ümid edir ki, “Çelsi” koronavirus pandemiyası fonunda yaşadığı maddi problemlər səbəbindən oyunçunu buraxacaq.

Cari mövsümdə Kante bütün turnirlərdə 22 matç keçirib, 3 qol vurub.