Kapital Bank ilin ikinci rübünün nəticələrini elan etdi

kapital-bank-ilin-ikinci-rubunun-neticelerini-elan-etdi
Oxunma sayı: 669

Kapital Bank 2021-ci ilin ikinci rübünün nəticələrini elan edib.

“Qafqazinfo” xəbər verir ki, bankın aktivləri 1 iyul tarixinə 5,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyula qədər 4,4 milyard manat olub.

Bankın tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.