Kapital Bank-ın yeni Masallı şöbəsi istifadəyə verilib

kapital-bank-in-yeni-masalli-sobesi-istifadeye-verilib
Oxunma sayı: 1219

Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Masallı şəhəri, M.Talışxanov prospektidə yerləşən ASAN Həyat Kompleksi daxilində yeni şöbəsini istifadəyə verib.

“Qafqazinfo” xəbər verir ki, müştərilər eyni zamanda həm ASAN xidmət mərkəzində, həm də ASAN Həyat Kompleksi daxilində yerləşən yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən faydalana bilərlər. Şöbə həftə içi saat 09:00-dan 19:00-dək, həftə sonu isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcəkdir.

Kapital Bank-ın yeni şöbəsi, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni şöbə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol və Lökbatan şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb