Kapital Bank iş qrafikini dəyişdi

kapital-bank-is-qrafikini-deyisdi
Oxunma sayı: 2576

Tenderdə Kapital Bank qalib seçilib və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb.  Bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər Kapital Bankın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər. Qeyd edək ki, Bank öz növbəsində iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

Artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsilə Kapital Bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri Bankın bankomatlarından nağdlaşdıra bilib. Kartların verilməsini sürətləndirmək məqsədilə Bankın müvafiq filiallarında iş qrafikini dəyişib. Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaq. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

“Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik” – deyə Bankın mətbuat xidmətindən bildirilib.