Kapital Bank uduşlu lotereyaya start verdi

kapital-bank-uduslu-lotereyaya-start-verdi
Oxunma sayı: 1548


“Qafqazinfo” xəbər verir ki, martın 15-nə qədər daha 14 ədəd səyahət paketi sahibini tapacaq.

15 yanvar 2015-ci il tarixində başlanılan və 15 mart tarixinə qədər davam edəcək depozit kampaniyası müştərilərə 2 mühüm dəyər qazandırır. İlk növbədə “Kapital əmanəti” məhsulu üzrə Banka manat depozitləri yatıran müştərilərə illik faiz dərəcəsinə 2% əlavə bonus tətbiq olunur. 02 mart tarixindən etibarən bu üstünlük həmçinin ABŞ dollarında əmanət yerləşdirən müştərilərə də şamil edilməyə başladı. Bundan əlavə isə kampaniya dövründə ən azı 12 ay müddətinə “Kapital” əmanət növünə vəsait yerləşdirən müştərilər hər 500 AZN/USD/AVRO 1 şans əldə etməklə 15 ədəd hər biri 1500 manat dəyərində səyahət paketi sertifikatı qazanmaq imkanına sahib olurlar.

Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaq. Depozitləri Bankın bütün filial və şöbələrində yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.