“Kapital Bank”dan yeni sədrlə bağlı- - Rəsmi Açıqlama+Yenilənib

kapital-bankdan-yeni-sedrle-bagli-
Oxunma sayı: 10315


“Qafqazinfo” xəbər verir ki, bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. 

Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.

***

“Kapital Bank” rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı rəsmi məlumat yayıb. “Qafqazinfo” həmin açıqlamanı olduğu kimi təqdim edir:

“27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriib. 

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilib, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib”.