“Kapital bank”ın kartından oğurluq olub

kapital-bankin-kartindan-ogurluq-olub
Oxunma sayı: 3071

Bərdə rayonunda bir neçə nəfərin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 26-da Səbirə Ələkbərovanın, Qaraş Alıyevin və Sevinc Xəlilovanın “Kapital bank”dakı hesablarından ümumilikdə 375 manat oğurlanıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Kənan Hüseynov tutulub.

Murad Əhməd