Fransada keçiriləcək Avropa Çempionatında iştirak edəcək Almaniya millisinin üzvü Bastian Şvanştayger tarixə düşə bilər.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun 4-cü dəfə qitə birinciliyinin final mərhələsində iştirak etməsidir.
Almaniyalıların heyətində yer alan Şvanştayger bu dəfə həm də millini kapitan kimi meydana çıxaracaq. Lakin dünən məşqdə zədə alan futbolçu çempionatda Ukraynaya qarşı keçirəcəkləri ilk oyunu buraxacaq.
İlk dəfə 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-yə qatılan Bastian 2008 və 2012-ci illərdə də bu turnirdə çıxış edib. 2016-cı il onun üçün 4-cü çempionat olacaq.
Maraqlıdır ki, Bastianın iştirak etdiyi heç bir qitə birincliyində Almaniya millisi çempion ola bilməyib.
Son xəbərlər
Son Xəbərlər