Kapitan oyunun ən yaxşısı oldu

kapitan-oyunun-en-yaxsisi-oldu
Oxunma sayı: 1107

Avro-2020-nin C qrupunda keçirilən Ukrayna - Şimali Makedoniya matçının (2:1) ən yaxşı oyunçusu bəlli olub.

"Qafqazinfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Ukrayna millisinin kapitanı Andrey Yarmolenko layiq görülüb.

31 yaşlı hücumçu komandasının ilk qolunu vurmaqla yanaşı, ikinci qolun ötürməsini də verib.