Kapitan sarğısı Messiyə veriləcək

kapitan-sargisi-messiye-verilecek
Oxunma sayı: 2068

Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”nin kapitanı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnfoBae” məlumat yayıb.

Qeyd edək ki, 36 yaşlı argentinalı futbolçunun MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Messi “İnter Mayami”də 10 nömrə altında çıxış edəcək

Onun komandada debütünün iyulun 21-də, “Kruz Asul”a qarşı matçda olacağı gözlənilir.