Çərşənbə günü Vaşinqtonun mərkəzindəki iğtişaşlar zamanı Kapitolinin yaralanmış polis əməkdaşı dünyasını dəyişib.
“Qafqazinfo” bildirir ki, bu barədə “CNN” telekanalı xəbər verib.
Telekanalın jurnalistinin efirdə dediyinə görə, “CNN”in üç mənbəsi bildirib ki, polis əməkdaşı iğtişaşlar zamanı aldığı xəsarətlərdən ölüb. Digər təfərrüatlar açıqlanmır.
***
Kapitoli polisi Vaşinqtonun mərkəzində iğtişaşlar zamanı yaralanmış əməkdaşının ölməsi barədə xəbərləri təkzib edib.
Müvafiq bəyanatı qurumun mətbuat xidməti yayıb.
“KİV-in Kapitolinin polis əməkdaşının ölümü ilə bağlı məlumatları doğru deyil. Dünən bir neçə əməkdaş yaralanıb xəstəxanaya yerləşdirilsə də, Kapitoli polisinin heç bir əməkdaşı dünyasını dəyişməyib”, - sənəddə deyilir.
Son xəbərlər
Son Xəbərlər