Kapitolini qoruyan yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxub

kapitolini-qoruyan-yuzlerle-milli-qvardiyaci-koronavirusa-yoluxub
Oxunma sayı: 1574

Vaşinqtonda iğtişaşlar zamanı Kapitolini qoruyan yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxub və ya karantindədir.

“Qafqazinfo” bildirir ki, bu barədə “Politico” nəşri xəbər verib.

Hazırda Senatın profil komitəsi sanitariya tədbirlərinə əməl olunub-olunmadığını öyrənmək üçün araşdırma aparır.

Respublikaçı senator nəşrə müsahibəsində qeyd edib ki, Prezident Baydenin inauqurasiyası ilə bağlı tədbirlər başa çatdıqdan sonra minlərlə hərbçinin qarajda yerləşməsi onlar arasında koronavirusa yoluxma üçün xüsusi risk yaradıb.

Qeyd olunur ki, milli qvardiyaçıların çoxunda xəstəlik asimptomatik keçir.