Kapitoliyə basqın olunub? - Yenilənib

kapitoliye-basqin-olunub
Oxunma sayı: 2717

ABŞ-nin paytaxtı Vaşinqtonda Kapitoli polisi, Konqresə bitişik olan ABŞ Senatının ofis binasında silahlı şəxsin olması barədə məlumat aldığını bildirib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ hüquq-mühafizə orqanları  məlumat yayıb.

“Bizim zabitlərimiz təcili çağırışa cavab olaraq Senatın ofis binalarında və ətrafında axtarışlar aparır. Zəhmət olmasa, ərazidən uzaq durun, çünki biz hələ də araşdırma aparırıq. Biz ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyik”, - deyə məlumatda bildirilib.

***

Kapitoli polisi Senatın binasında silahlı şəxsin olması barədə məlumatla axtarışlar aparır.

Vaşinqton Polis Departamentinin sözçüsü Hyu Karu jurnalistlərə bildirib ki, ABŞ Konqresinin binası kompleksində silahlı şəxsin olması ilə bağlı xəbərlər yəqin ki, yalandır:

“Həmin şəxsi tapmaq mümkün olmayıb və itki yoxdur. İçəridə silahlı şəxsin olması ilə bağlı zəng yəqin yalandır”.