“Kara sevda”nın Emiri evləndi - Fotolar

kara-sevdanin-emiri-evlendi
Oxunma sayı: 4714

Türkiyənin məşhur aktyoru Kaan Urqancıoğlu sevgilisi Burcu Denizerlə evlənib.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün nikah mərasimi Türkiyənin Afinadakı Baş Konsulluğunda keçirilib.

Sadə bir mərasimə üstünlük verən Urqancıoğlu və Denizerin yaxın günlərdə İstanbulda ailələri və dostları üçün parti təşkil edəcəkləri bildirilir.

Qeyd edək ki, ikili ötən ildən münasibətə başlayıb. Burcu Denizer ABŞ-də biznes idarəçiliyi üzrə təhsil alıb, hazırda təsisçisi olduğu məşhur restoran və kafeləri idarə edir.

Xatırladaq ki, K. Urqancıoğlu “Kara sevda” serialında canlandırdığı Emir obrazı ilə daha da məşhurlaşıb.