“Karantin bizim uduş müddətimiz oldu”

karantin-bizim-udus-muddetimiz-oldu
Oxunma sayı: 5398

“Hər bir ölkədə nələr baş verirsə, biz hamsıından xəbərdarıq. Bizim təcrübələrimizdən faydalanan ölkələr də az deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişində TƏBİB-in departament rəhbəri Firəngiz Əliyeva deyib.

F.Əliyeva Azərbaycanda karantin rejiminin tətbiqinin xəstəxanaların xeyrinə olduğunu bildirib:

“Əslində bu, bizə şans verdi ki, biz öz xəstəxanalarımızın texniki bazasını gücləndirək. O müddət bizim uduş müddətimiz idi. Ölkəyə dərmanların, lazımi avadanlıqların gətirilməsi vaxt istəyirdi”.