Karantin dövründə 1224 cütlük evlənib

karantin-dovrunde-1224-cutluk-evlenib
Oxunma sayı: 2628

Azərbaycanda xüsusi karantin rejimi müddətində bağlanan nikahların sayı açıqlanıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib ki,1 saylı ASAN xidmət mərkəzində bu dövrdə 1224 nikah qeydə alınıb.  

Boşanmalar, nikahın pozulması prosesi karantin müddətində müvəqqəti dayandırılıb. 

Murad Əhməd