Karantin dövründə Azərbaycanda 6 üçəm doğulub

karantin-dovrunde-azerbaycanda-6-ucem-dogulub
Oxunma sayı: 1812

Karantin dövründə Azərbaycanda 6 üçəm doğulub. 

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, pandemiya dövründə nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək 23.400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2.478-nikah, 12.566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6.793-ü oğlan, 5.773-qız, 140 əkiz, 6 üçəm olub.

Qeyd edək ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Murad Əhməd