“Bəzi universitetlər onlayn dərslərdə iştirak etməyən tələbələrə çətinlik yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışında deyib. O bildirib ki, karantin dövründə hər kəsin internetə çıxış imkanları olmaya bilər: “Onsuz da çətin vəziyyətdəyik. Çalışaq ki, tələbələri incitməyək. Onları növbəti semestrə keçirək”.
Deputat, həmçinin Hindistanın müxtəlif ştatlarında qalan azərbaycanlıların ölkəyə gətirilməsinə görə ölkə başçısına təşəkkür edib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər