Karantin olsa da, Bakıda yenə tıxac var - Fotolar

karantin-olsa-da-bakida-yene-tixac-var
Oxunma sayı: 5852

Son günlər xüsusi karantin rejimi ərəfəsində Bakı yollarında ciddi tıxaclar yaranır. 

Karantin rejiminin mayın 4-ü tarixinədək uzadılmasına baxmayaraq, paytaxt yollarında xeyli sayda avtomobilə rast gəlinir. Dövlət Yol Polisinin postlarda apardığı yoxlamalar da sıxlıq və tıxacın yaranmasına səbəb olur.

Belə ki, icazəsi olmayan sürücülərin, eyni zamanda SMS göndərmədən evdən çıxan sərnişinlərin yoxlanma prosesi əlavə vaxt alır. 

Qeyd edək ki, aprelin 1-indən bu günə qədər respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Bakı yollarından çəkdiyi fotoları təqdim edirik: