Karantin qadağasını pozub çəkilişlərə başlasa da...

karantin-qadagasini-pozub-cekilislere-baslasa-da
Oxunma sayı: 3642

Türkiyənin  reytinqli “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı dünən yayımlanmayıb.

“Qafqazinfo” xəbər verir ki, ATV-də sözügedən ekran işinin yerinə efirdə “Nihat Hatipoğlu ile Berat Kandili” təqdim edilib.

Layihənin nə vaxt yayımlanacağı barədə hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, serialı ərsəyə gətirən şirkət koronavirus epidemiyasına yoluxmaların qarşısını almaq üçün atılan addımlara rəğmən çəkilişlərə start vermişdi.

Ssenaridə 65 yaşdan yuxarı aktyorlara (Sabina Tovziya və Turgay Tanülkü) isə yer verilməmişdi.