Karantin qaydalarını pozan futbolçu həbs edildi

karantin-qaydalarini-pozan-futbolcu-hebs-edildi
Oxunma sayı: 981

Serbiya polisi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçusu Aleksandar Priyoviçi həbs edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb futbolçunun karantin qaydalarını pozması olub. 

Belə ki, forvard 17:00-dan səhər saat 5:00-a qədər ölkədə komendat saatı elan olunmasına baxmayaraq restorana gedib. 

Hücumçu dostları ilə birlikdə spirtli içki qəbul edib. Bu qaydaları pozanlara 3 illik həbs cəzası verilsə də, Priyoviçi 3 aylıq həbs cəzası ilə canını qurtarıb.