Karantin qaydalarını pozan futbolçu saxlanıldı

karantin-qaydalarini-pozan-futbolcu-saxlanildi
Oxunma sayı: 1092

Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin hücumçusu Kallum Hadson-Odoi saxlanılıb.

"Qafqazinfo" Britaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu karantin rejimini pozub.

Forvard şənbə günü modeli evinə dəvət edib, onun üçün maşın göndərib. Ertəsi gün səhər saatlarında isə polis və təcili yardım maşını futbolçunun evinə gəlib. Onlar evdə xəstələnən qadından zəng qəbul etmələrini səbəb göstəriblər. Xəstəxanaya məhz həmin model zəng edib. Hadson-Odoi isə karantin rejimini pozduğu üçün tutulub.

Qeyd edək ki, Kallum Hadson-Odoi martda koronavirusa yoluxub.