Karantin qaydalarını pozan sürücülərin sayı iki dəfə azalıb

karantin-qaydalarini-pozan-suruculerin-sayi-iki-defe-azalib
Oxunma sayı: 1104

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28 aprel saat 00:00-dan 29 aprelədək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin ilk günlərində cərimələnən sürücülərin sayı 2 mindən çox olurdu.