Karantin qaydasını pozdu, klubundan qovuldu

karantin-qaydasini-pozdu-klubundan-qovuldu
Oxunma sayı: 1327

Çinin "Quançjou Everqrand" klubu karantin qaydasını pozan futbolçusu Yun Hanço ilə yolları ayırıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi avtomobilindəki nömrəni saxtalaşdırmağa çalışıb. Hanço ona avtomobil sürməyə imkan verəcək nömrə taxıb.

Polis onu saxlayıb və bu barədə futbolçunun klubuna məlumat verib. Klub rəhbərliyi bu hərəkətinə görə Hanço ilə müqaviləni birtərəfli qaydada ləğv edib.