Karantin rejimi ləğv olunan Hubeydən - Fotolar

karantin-rejimi-legv-olunan-hubeyden
Oxunma sayı: 7571

Çin hökuməti koronavirusun yayılmasının başlanğıc nöqtəsi sayılan Hubey əyalətində karantin rejimini ləğv etmək qərarına gəlib. Xüsulilə də, martın 25-dən sakinlərin giriş-çıxışına qoyulan məhdudiyyət aradan götürülüb. Belə bir qərar bölgədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda qəbul edilib. Bununla belə, əyalətin inzibati mərkəzi – Uhan şəhərində karantin rejimi aprelin 8-dək qüvvədə qalacaq.

Çində COVID-19-a yoluxanların 90%-dən çoxu sağalıb. 81 961 yoluxma faktı təsdiqini tapıb, onlardan 73 159-u sağalıb.

“Qafqazinfo” “Reuters”ə istinadən karantin rejimi ləğv olunan Hubeydən ən son fotoları təqdim edir: