Karantin rejiminin müddəti uzadıldı

karantin-rejiminin-muddeti-uzadildi
Oxunma sayı: 10984

Azərbaycanda karantin rejiminin müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.