“Karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur” - Ramin Bayramlı

karantin-rejiminin-sertlesdirilmesine-esas-yoxdur
Oxunma sayı: 9333

"Karantin rejiminin yumşaldılması nəticəsində yoluxma sayının artması gözlənilən idi".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bu günkü rəqəmlər bunu deməyə əsas verir ki, karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur. Bu gün buna ehtiyac yoxdur. Amma gələcəkdə həftə sonları və bayram günlərində məhdudiyyətlər ola bilər".

Ramin Bayramlı bildirib ki, son günlər sağalanların sayının azalması bundan öncəki klinik dövrdə yoluxanların sayının az olmasına görədir:

"Bu periodik olaraq davam edir".

Murad Əhməd