“Vaksin tapılmayanadək virusun bütün əhaliyə yoluxması təhlükəsi qalır”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, karantin rejiminin uzadılması üçün Operativ Qərargaha təkliflər hazırlanır: “Əksinə, qarşıda daha ciddi problemlər ola bilər. Heç birimiz arxayınlaşmamalıyıq. Yaxın bir il ərzində düşmənin bizə bir addım məsafədə olmasını unutmayaq. 20 aprel tarixindən sonra karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargaha təkliflər hazırlayırıq. Aprelin 20-dən sonra karantin rejiminin uzadılmasının qaydalarını hazırlayırıq və Operativ Qərargaha təqdim edəcəyik. Karantin rejiminin uzadılmasına ehtiyac görürük. Epidemioloji vəziyyət bunu tələb edir".
Ramin Bayramlı qeyd edib ki, yaxın bir il ərzində həyat tərzimizi dəyişməliyik: “Gedişatdan asılı olaraq tədbirlərin daha da sərtləşdirilə biləcəyini unutmayın. Biz karantin rejimindən tədricən çıxacağıq”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər