Karantində bərbərxana işlədən şəxs cəzalandırıldı

karantinde-berberxana-isleden-sexs-cezalandirildi
Oxunma sayı: 2003

Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə Polis Şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.