Karantində olan CeyLo yeni kolleksiyasını təqdim etdi - Fotolar

karantinde-olan-ceylo-yeni-kolleksiyasini-teqdim-etdi
Oxunma sayı: 3952

50 yaşlı dünya ulduzu Cennifer Lopez hesab edir ki, karantin və öcünütəcrid işə maneə deyil.

“Qafqazinfo” bildirir ki, müğənni və aktrisa koronavirusa qarşı mübarizə ilə bağlı məsləhətlərə qulaq asıb, çıxışlarını və çəkilişlərini ləğv edib, amma pop ulduzun digər işləri də var.

“The Camuto Group”la birlikdə buraxdığı ayaqqabılara Cey Lo istənilən yerdə diqqət çəkə bilər. Pandemiya barədə İnstaqram izləyicilərinə xatırladan sənətçi reklam fotosessiyasından olan kadrları da bölüşməyi unutmayıb.

“Mən evdəyəm. Ümid edirəm ki, siz hamınız təhlüksəsizlikdəsiniz. Ola bilsin, bu, gününüzə rəng qatar... Yeni ayaqqabı kolleksiyamın buraxılması ilə fəxr edirəm”, - müğənni yazıb.

Qeyd edək ki, satışa çıxarılan ayaqqabıların qiyməti 59-189 dollar arası dəyişir.