Karantinə bağlanan “qırmızı zona”dan - Fotolar

karantine-baglanan-qirmizi-zonadan
Oxunma sayı: 6224

İtaliya Avropanın koronavirus ocaqlarından biri olaraq qalır.

2 marta olan məlumatlara əsasən, ölkədə xəstələnənlərin sayı 1,5 min nəfəri ötüb, 34 nəfər dünyasını dəyişib, 83 nəfər sağalıb. Daha çox yoluxma faktı ölkənin şimalında qeydə alınıb. Fevralın 23-dən Lombardiya və Veneto əyalətlərinin 12 şəhərində karantin elan olunub: vətəndaşlar evdə qalmağa məcburdur, “qırmızı zona” adlandırılan həmin əraziyə isə giriş və çıxış qadağandır.

“Qafqazinfo” “Reuters”ə istinadən həmin ərazidən fotoları təqdim edir: