Karantinə görə təxirə salınmışdı, 11 ay sonra finalı oldu - Video

karantine-gore-texire-salinmisdi-11-ay-sonra-finali-oldu
Oxunma sayı: 2183

İctimai Televiziyada yayımlanan “Səs uşaqlar” müsabiqəsi 11 ay sonra final edib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün baş tutan yarışmada Xalq artisti Zülfiyyə Xanbabayevanın komandasından Sona və Zəminə, pop ifaçısı Çingiz Mustafayevin komandasından Yalkı və Əminə, bəstəkar-müğənni Murad Arifin komandasından isə Adelina və İsgəndər qələbə uğrunda mübarizə aparıblar.

Səsvermə nəticəsində Əminə birinci olub.

Qeyd edək ki, yarışmanın finalı ötən ilin iyununda Nazirlər Kabinetinin sərt karantin rejimi barədə verdiyi qərara uyğun olaraq uzadılmışdı.