Karantinə götürülən gəmidə ilk rus turist virusa yoluxub

Karantinə götürülən gəmidə ilk rus turist virusa yoluxub
Oxunma sayı: 755

Yaponiyada “Diamond Princess” kruiz gəmisində ilk dəfə rus turist ölümcül koronavirusa yoluxub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Rusiyanın Yaponiyadakı səfirliyinin tvitter mikrobloqunda məlumat verilib.

Yaxın zamanda rus qadının xəstəxanaya yerləşdiriləcəyi, orada müalicə kursu keçəcəyi bildirilir.

Xatırladaq ki, “Diamond Princess” kruiz gəmisi fevralın 5-də Yaponiya sahillərində lövbər salıb. Bu, təyyarədə koronavirus simptomları olan insanlar aşkar edildikdən sonra baş verib. Virusa ilk yoluxan insan Honqkokdan olan 80 yaşlı sakin olub.
Hazırda gəmidə 50-dən çox ölkədən təxminən 3,7 min sərnişin var.

Fevralın 16-da laynerdə koronavirusa yoluxanların ümumi sayının 355-ə çatdığı bildirilib. Hökumət köhnə sərnişinləri gəmidən çıxarmaq qərarına gəlib, qalanları isə 14 günlük karantin müddəti bitənə qədər gəmidə saxlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi