Karantini pozan aktyor jurnalistləri söydü - Video

karantini-pozan-aktyor-jurnalistleri-soydu
Oxunma sayı: 4224

Türkiyənin tanınmış aktyoru Emre Kınay və KİV üzvləri arasında qalmaqal yaranıb. “Qafqazinfo” xəbər verir ki, o, restoranda dostları və sevgilisini çəkən jurnalistlərlə mübahisə etməyə başlayıb.

Sərxoş olan Kınay əsəbiləşərək mətbuat işçilərini söyüb, təhqir edib. Daha sonra jurnalistin “karantin qaydalarına görə gecə 12-dən sonra məkanı tərk etməlisiz. Niyə hələ restorandasız?” sualı onu özündən çıxarıb. Əsəblərinə hakim ola bilməyən aktyor qışqırmağa başlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, Emre və yaxınlarından izahat alınıb. Serial ulduzu eyni zamanda KİV-dən şikayətçi olub.