Karantini pozan kafe sahibi həbs edildi - 7 müştəri isə cərimələndi

karantini-pozan-kafe-sahibi-hebs-edildi
Oxunma sayı: 6205

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə,  polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.