Karantini pozan kafe sahibi və müştərilərlə bağlı tədbir görüldü - Fotolar

karantini-pozan-kafe-sahibi-ve-musterilerle-bagli-tedbir-goruldu
Oxunma sayı: 1715

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, obyektin sahibi Elçin Rzayevlə yanaşı onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.