Karantini pozan Norveçin Baş naziri ilə bağlı araşdırma başladıldı

karantini-pozan-norvecin-bas-naziri-ile-bagli-arasdirma-basladildi
Oxunma sayı: 2062

Norveç Baş naziri Erna Solbergə ilə bağlı araşdırma başladılıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb dövlət rəsmisinin 60 yaşını kütləvi şəkildə qeyd etməsi olub. 

Polis KİV-də yayılan görüntülərdən sonra hərəkətə keçib və məclisin fevralın 26-da baş tutduğunu açıqlayıb. 

Bildirilib ki, Baş nazir ölkədə tətbiq olunan sərt karantin rejimini kobud şəkildə pozub və məsələ prokurorluq tərəfindən qiymətləndiriləcək.