Karantini pozub idman zalına getdilər - Foto

karantini-pozub-idman-zalina-getdiler
Oxunma sayı: 1961

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən idman zalı aşkarlanıb. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.