“Karantinin 60 gün uzadılması hələ ki, şayiədir”

karantinin-60-gun-uzadilmasi-hele-ki-sayiedir
Oxunma sayı: 4981

“Karantin rejiminin daha 60 gün uzadılması hələ ki, şayiə xarakteri daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, dövlətlə vətəndaşlar arasında şəffaf dialoq var: “Qərarlar öncədən vətəndaşlara bildirilir. Hər birimizin istəyi odur ki, karantin rejimindən tez çıxaq”.

Günel Türksoy