“Karantinin ilk günlərində karton yeyirdim” - Ulduz futbolçu

karantinin-ilk-gunlerinde-karton-yeyirdim
Oxunma sayı: 1073

İtaliya millisinin və “Breşiya” klubunun ulduz hücumçusu Mario Balotelli maraqlı açıqlamaları ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, o, karantin günlərindən söz açıb. 

Mario yemək bişirə bilmədiyi üçün evdə karton yediyini deyib: “Çətin ki, bu vəziyyətdə ilk toxunuşdan topu ram edə bilim. Çünki 2 ay keçib. Son iki həftədə dəli oldum. Bütün günümü evdə tək keçirirdim. Oğlumun, qızımın və anamın köməyə ehtiyacı var. Lakin mən onlardan uzaq oldum.

Qardaşımın övladları karantindədir. Yemək bişirə bilmirəm və bu səbəbdən karantinin ilk 3 günündə karton yeyirdim. Divardan parçaları dişləməyə çalışırdım. Xoşbəxtlikdən sonra yemək sifariş verməyə nail oldum”.